Amaliya Pənahova ilə vida mərasimi keçiriləcək

Amaliya Pənahova ilə vida mərasimi keçiriləcək
Sosial 1505
Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahova sabah dəfn olunacaq. BAKU.WS xəbər verir ki, xalq artisti ilə vida mərasimi 9 noyabr tarixində saat 11:00-dan Akademik Milli Dram Teatrında keçiriləcəkdir.Qeyd edək ki, xalq artisti 75 yaşında xərçəng xəstəliyindən vəfat edib.Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.BAKU.WS

Oxşar xəbərlər

Amaliya Pənahovanın yaddaşlara iz salan filmləri (VİDEO)

Amaliya Pənahovanın yaddaşlara iz salan filmləri (VİDEO)

Dünyasını dəyişən Amaliya Pənahova Azərbaycan teatr və kino aktrisası kimi tamaşaçıların yaddaşında iz salıb. BAKU.WS xəbər verir ki, Amaliya Pənahova həmçinin...

1622 Şou-biznes 10:44 08 noyabr 2018

Son xəbərlər