Rafiq Hüseynovun vida və dəfn mərasimi təxirə salındı
01
noy
2017
19:34
Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun sabaha planlaşdırılan vida və dəfn mərasimi təxirə salınıb.BAKU.WSxəbər verir ki, bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.O bildirib ki, xalq artistinin cənazəsinin Bakıya gətirilməsində texniki problemlər yaranıb: “Mənə məlumat verdilər ki, Almaniyada sənədləşdirmə işlərində problem yaranıb. Cənazə sabah Bakı vaxtı ilə 17:00-da Bakıya göndəriləcək”.Həyat yoldaşı əlavə edib ki, xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, saat 10:00-dan 12:00-dək keçiriləcək.Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində olacaq.Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.BAKU.WS
Oxşar xəbərlər
Xalq artisti Rafiq Hüseynov vəfat etdi
Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.BAKU.WS xəbər verir ki, bu barədə APA-ya açıqlamsında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova mə...