Alimpaşa Məmmədovun həbs cəzası azaldılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun növbəti Apellyasiya məhkəməsi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim son qərar verib.
Qərara əsasən, apellyasiya qismən təmin edilib, A.Məmmədovun həbs cəzası 10 il 6 aya endirilib.
Bundan başqa, məhkəmənin qərarı ilə A.Məmmədova məxsus olduğu bildirilən "Abad Şəmkir" MMC dövlətin balansına keçirilib.
Qeyd edək ki, Alimpaşa Məmmədova Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 il 6 ay həbs qərarı verilib.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...