AHİK mediada yayılan məlumatları təkzib edib
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bir neçə əməkdaşın işdən azad olunması ilə bağlı həqiqətə uyğun olmayan və əsassız məlumatlar yayılıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq bildiririk ki, fəaliyyətimizə və işgüzar nüfuzumuza xələl gətirən bu cür yanlış və ictimaiyyəti çaşdıran məlumatların yayılması qəbuledilməzdir və jurnalistika etikasına sığmır. Media subyektlərini dərc etməzdən əvvəl xəbəri rəsmi mənbələrdən dəqiqləşdirməyə, peşə etikasına riayət etməyə və qüvvədə olan media qanunvericiliyinin tələblərinə əməl etməyə çağırırıq.
AHİK ilə bağlı bu yanlış və əsassız məlumatı yayımlayan media orqanlarından təkzib vermələrini və gələcək fəaliyyətlərində daha diqqətli olmalarını xahiş edirik.
Oxşar xəbərlər
DSMF 30 milyon manat xərcləyəcək - 2027-ci ildə....
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2027-ci il ərzində həyata keçiriləcək bütün növ ödənişlərin nağdsız qaydada vətəndaşlara çatdırılması üçün bank xidmətləri al...