Ağır xəstə heç bir xəstəxana tərəfindən qəbul edilmir? - TƏBİB-dən cavab
62 yaşlı Hacıqabul rayon sakini Zəminə Məmmədova həm şəkər, həm da ağır böyrək xəstəsidir.
Onun vəziyyəti bir ay əvvəl ağırlaşdığı üçün yaxınları Hacıqabul Rayon Xəstəxanasına aparıblar. Xəstəxanada onun ilkin müayinəsi aparıldıqdan sonra xəstənin paytaxta aparılması tövsiyə edilib.
Yaxınları iddia edir ki, onlar paytaxtdakı xəstəxanalara üz tutsalar da, Zəminə Məmmədova yataq xəstəsi olduğu üçün onu qəbul etməyiblər. Onlar Şirvan Rayon Xəstəxanasında da eyni aqibətlə rastlaşıblar.
"Hacıqabul rayon sakini, 62 yaşlı Zəminə Məmmədova Hacıqabul Rayon Mərkəzi xəstəxanasında 11 gün stasionar müalicə alıb".
Bu məlumat Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Qeyd olunub ki, Hacıqabul rayon sakini 1962-ci il təvəllüdlü şəxs (qadın cinsli) 14.11.2024-cü il tarixində dəqiqləşdirilməmiş hemoturiya diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi xəstəxanasına müraciət edib və həmin xəstəxanada 11 gün stasionar müalicə alıb.
"Daha sonra 10.12.2024-cü il tarixində Hacıqabul Rayon Mərkəzi xəstəxanasına təkrar müraciət edib. Xəstəyə ixtisaslı həkim müayinə və müalicəsini davam etdirməsi tövsiyə olunub və dəqiqləşdirilməmiş kəskin böyrək çatışmazlığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndəriş verilib. Pasiyent təkrar olaraq 12.12.2024-cü il tarixində Hacıqabul Rayon Mərkəzi xəstəxanasına müraciət edib və saat 12:25 radələrində ambulunsla Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub. Hazırda xəstənin müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir", - deyə məlumatda vurğulanır.
Daha ətraflı Xəzər TV-nin materialında:
Oxşar xəbərlər
Telefon aslılığından necə qurtula bilərik? - TÖVSİYYƏLƏR
Telefon asılılığı müasir dövrün ən böyük problemlərindən biridir. Bu, həm psixoloji, həm də fiziki sağlamlıq üzərində mənfi təsir göstərə bilər. Telefon asılılı...