"Ağıllı su şəbəkələri" tətbiq olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı, Sumqayıt, Xırdalan və 64 yaşayış məntəqəsində su təchizatında fasiləsizlik səviyyəsinin artırılması hədəflənir.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verib.
Bildirilib ki, yaxın zamanda su təchizatının dayanıqlığının artırılması məqsədilə bir sıra mühüm layihələrin icrası nəzərdə tutulur.
"2026–2035-ci illəri əhatə edən Dövlət Proqramında mövcud su şəbəkələrinin yenilənməsi və genişləndirilməsi, su itkilərinin azaldılması və "ağıllı su şəbəkələri"nin tətbiqi əsas istiqamətlər olacaq. Bakı, Sumqayıt, Xırdalan və 64 yaşayış məntəqəsində su təchizatında fasiləsizlik səviyyəsinin artırılması hədəflənir. Eyni zamanda, yeni su anbarlarının tikintisi və içməli suyun təmizlənməsi sistemlərinin müasirləşdirilməsi planlaşdırılır".
Qurumun məlumatına görə, bundan əlavə, alternativ su mənbələrinin cəlb edilməsi də prioritet istiqamətlərdəndir. Bu çərçivədə dəniz suyunun duzsuzlaşdırılması, təmizlənmiş tullantı sulardan sənayedə təkrar istifadə imkanlarının yaradılması nəzərdə tutulur. Magistral və paylayıcı şəbəkələrdə sızmaların aşkarlanması üçün SCADA və IoT əsaslı monitorinq sistemləri də tətbiq ediləcək.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...