Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb

Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb
Foto
Sosial 273

Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 10 ailənin (44 nəfər) qayıdışı təmin edilib.

Bu mərhələdə daxil olmaqla Vəngli kəndinə ümumilikdə 137 ailə (532 nəfər) daimi qayıdışı təmin edilib.

*** 12:16

Ağdərə rayonunun Vəngli kəndinə 44 nəfərdən ibarət daha 10 ailə yola salınıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Vəngli kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bununla Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 137-yə (532 nəfər) çatacaq.

Son xəbərlər