Ağdərə rayonuna mediatur: Kəndlərdə hansı bərpa işləri görülüb?

Ağdərə rayonuna mediatur: Kəndlərdə hansı bərpa işləri görülüb?
Video
Sosial 20

"Bu gün Ağdərə rayonunun Aşağı Oratağ, Çapar, Çıldıran və Heyvalı kəndlərinə mediatur təşkil olunub".

Bu barədə Baku TV-yə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib.

O, Aşağı Oratağ kəndində ümumilikdə 308 fərdi ev olduğunu, onlardan 148-nin yararsız, 160-nın isə qismən yararlı olduğunu qeyd edib:

"Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaq. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıdıb. Burada sosial infrastrukturla bağlı bir sıra işlər görülüb. Belə ki, 2 ədəd transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, ümumi həcmi 560 kubmetr olan su anbarları təmizlənib, subartezian quyusu təmir edilib. Uzunluğu 7 kilometrə yaxın kənddaxili yollar bərpa olunub. Sakinlərin istirahəti üçün park salınıb, futbol meydançası yaradılıb".

Son xəbərlər