Ağ Evin həkimindən koronavirus etirafı

Ağ Evin həkimindən koronavirus etirafı
Sosial 240

Ağ Evin Koronavirusla Mübarizə Gücündə yer alan həkimi Antoni Fausi ölümlərin çox olmasının səbəbini açıqlayıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Fausi fevralda səhiyyə mütəxəssislərinin Prezident Donald Trampa daha sərt tədbirlərin görülməsi üçün tövsiyyələr verdiyini, lakin bunun rədd edildiyini deyib.

Fausi bildirib ki, əgər daha tez tədbirlər görülsəydi və sosial məsafə qorunsaydı, o zaman ölümlər da az olardı.

“Nyu-York Tayms”da dərc edilən bir məqalədə isə qeyd edilib ki, Tramp daha öncədən edilən xəbərdarlığa baxmayaraq, bürokratiyadakı daxili parçalanma, planlama əskikliyi və öz daxili hisslərinə olan inancı səbəbindən xəbərdarlıqlara zamanında reaksiya verə bilməyib.

Qeyd edək ki, bu günə qədər ABŞ-da 560 min 433 nəfər koronavirusa yoluxub. 22 min 115 nəfər ölüb, 32 min 634 nəfər isə sağalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər