Kadırov: Kimi lazımdırsa, onları dəyənəklərlə döyəcəm - VİDEO
Çeçenistanın rəhbəri Ramzan Kadırov karantin şərtlərini pozan insanları döyən təhlükəsizlik qüvvələrini tərifləyib və onları təşviq edəcəyinə söz verib.
BAKU.WS xəbər verir ki, bu barədə o, İnstaqramda canlı yayım zamanı danışıb.
Buna qədər sosial şəbəkədə Arqun şəhərində karantin şərtlərini pozaraq bayıra çıxan gəncin bir neçə şəxs tərəfindən döyülməsi barədə görüntülər yayılmışdı.
Kadırovun sözlərinə görə, hüquq-mühafizə orqanları Çeçenistan Respublikasında asayiş və təhlükəsizliyə nəzarət edir: “Minlərlə insanı dəfn etməkdənsə, bir nəfəri vurmaq yaxşıdır. Buna görə sərt tədbirlər görürəm. Kimi lazımdırsa, onları dəyənəklərlə döyəcəm. Mən onları həbsxana və zirzəmiyə atacam ki, xalqımı qoruya bilim".
Qeyd edək ki, Çeçenistan koronavirusun yayılma təhlükəsindən giriş və çıxışı tamamilə bağlayan Rusiyanın ilk bölgəsi olub.
Kadırov respublika sakinlərini aprelin 5-dən əvvəl vətənlərinə qayıtmağa çağırıb. Məhdudiyyətlər qida və dərman daşımalarına tətbiq edilməyib.
Son məlumatlara görə, Çeçenistanda 15 koronavirus xəstəsi var. Bir nəfər ölüb, sağalan hələlik yoxdur.
->
Oxşar xəbərlər
Koronavirusu ilk dəfə aşkar edən həkim: Əgər belə olacağını bilsəydim...
Çinin "Jenu" jurnalı yeni koronavirus infeksiyasının yayılmağa başladığı Uhan şəhərindəki Mərkəzi Xəstəxanasının qəbul şöbəsinin müdirinin məqaləsini dərc edib....