ADY qarlı-şaxtalı hava şəraitində 60 minə yaxın sərnişin daşıyıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarlı-şaxtalı hava şəraitində 60 minə yaxın sərnişini rahat və təhlükəsiz mənzil başına çatdırıb.
BAKU.WS bu barədə ADY-yə istinadən xəbər verir.
Bildirilir ki, fevralın 21-dən 23-dək Abşeron dairəvi dəmir yolu xətti üzrə 43 min 600 sərnişin, Bakı–Ağstafa–Bakı üzrə 3 min 604 sərnişin, Bakı–Balakən–Bakı üzrə 787 sərnişin, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 729 sərnişin daşınıb.
"Fevralın 24-də Abşeron dairəvi, Balakən-Bakı, Bakı-Ağstafa-Bakı reysləri üzrə isə 11 min 037 sərnişin səfər edib", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...