ADNSU İT avadanlıqları ALACAQ - 4,7 milyonluq LAYİHƏ
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) İT avadanlıqları satın alacaq.
BAKU.WS-in məlumatına görə, satınalmanın ümumi dəyəri 4 milyon 747 min manat təşkil edir.
Layihə çərçivəsində müxtəlif növ kompüter və texnoloji avadanlıqların alınması nəzərdə tutulur. Bura desktop kompüterlər, noutbuklar, monoblok sistemlər, monitorlar, interaktiv ekranlar və bu avadanlıqlar üçün nəzərdə tutulan kronşteynlər daxildir.
Yeni İT avadanlıqlarının alınması ADNSU-da tədris və idarəetmə proseslərinin rəqəmsallaşdırılmasına, təhsil keyfiyyətinin yüksəldilməsinə və universitetin texnoloji infrastrukturunun gücləndirilməsinə xidmət edəcək.
Bu addım həmçinin tələbələrin praktiki bacarıqlarının artırılması, innovativ təlim mühitinin yaradılması və universitetin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından əhəmiyyətli hesab olunur.
Oxşar xəbərlər
İdmanı dayandıranda əzələlər piyə çevrilir? - Professor açıqladı
İdmanla məşğul olan insanlar arasında yayılan fikirlərdən biri də məşqlər dayandırıldıqda əzələlərin piyə çevrilməsidir. Lakin mütəxəssislər bunun elmi əsası ol...