AAYDA: Lənkəran-Lerik avtomobil yolunda yaranmış problem aradan qaldırılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Lənkəran-Lerik yolundakı problemi aradan qaldırıb.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, ötən gün axşam saatlarında güclü külək Lənkəran–Lerik avtomobil yolunun 20-ci kilometrində, Lerik rayonunun Piran kəndi ərazisində ağacın yola aşmasına səbəb olub. Hadisə nəticəsində avtonəqliyyat vasitələrinin avtomobil yolu ilə hərəkətində məhdudiyyət yaranıb.
Yol infrastrukturunda baş vermiş problemlə bağlı məlumat daxil olan kimi, dərhal hadisə yerinə Agentliyin Lerik rayonu üzrə "Yol İstismar" MMC-nin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunub. Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yolla hərəkət qısa müddətdə bərpa edilib.
Oxşar xəbərlər
40 yaşlı qadınlara stressi azaltmaq üçün ideal ÇIXIŞ YOLU
Kiniziologiya 40 yaşdan yuxarı qadınlarda stressi azaltmağa və emosional tarazlığı bərpa etməyə kömək edə bilər. BAKU.WS xəbər verir ki, bu barədə qadın psixol...
