SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda daha bir marşrut xətti bağlanır. Nəqliyyatın İntelektual İdarəemə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, 63 saylı marşrut xəttinin fəaliyyəti 1 aprel tarixindən dayandırılacaq. 2016-cı il tarixindən etibarən dayandırılacaq. 

Marşrut xətlərində sürücülər tərəfindən "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın ciddi şəkildə pozulması hallarına son qoyulması ilə əlaqədar, mütəmadi olaraq marşrut xətlərinin müvəqqəti istifadəçilərinə xəbərdarlıqlar edilməsinə baxmayaraq qayda pozuntuları hələ də təkrarlanır.

"Son zamanlar 63 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı xeyli sayda qayda pozuntuları aşkarlanmışdır. Belə ki, cari ilin fevral ayının 28-də 63 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu 2 piyadanı vurmuş və nəticədə 1 piyada vəfat edib. 

Qeyd edilən marşrutda fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən xəttin fəaliyyəti dayandırılacaq". 

Bakı Nəqliyyat Agentliyinin marşrut xətlərində apardığı təkmilləşdirmə işlərinin davamı olaraq 3 saylı marşrut xəttində də dəyişikliklər edilib. Belə ki, "BakuBus" MMC-yə məxsus 3 saylı marşrut xətti 1 aprel 2016-cı il tarixindən etibarən  "Şəhidlər Xiyabanı” – Badamdar şossesi – Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektindən keçməklə hərəkətini davam etdirəcək.
 
BAKU.WS