Sinif yoldaşı zəng etdi, erkən nikahın qarşısı alındı
9-cu sinif şagirdi uşaq qaynar xəttinə müraciət edərək, sinif yoldaşının ailəsi tərəfindən zorla erkən nikaha məcbur edildiyini bildirib.
BAKU.WS xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında uşaq qaynar xidmətinin rəhbəri Kəmalə Aşumova bildirib.
Onun sözlərinə görə, müraciət demək olar ki, həllini tapıb, 9-cu sinif şagirdi həmin qız isə təhsilini normal qaydada davam etdirir.
Kəmalə Aşumova bildirib ki, ilin əvvəlindən uşaq qaynar xəttinə 2-mindən çox müraciət daxil olub.
Uşaqlar və valideynlər qarşılaşdıqları problemlərlə bağlı müxtəlif müraciətlər ediblər. Müraciətlərdən biri isə qız uşağına anası tərəfindən edilən zorakılıqla bağlı olub.
Qeyd edək ki, 116111 uşaq qaynar xətti 24 saat fəaliyət göstərir.
Oxşar xəbərlər
Sabah leysan xarakterli yağış yağacaq - HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında dekabrın 5-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Milli...