Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI

Bakının Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasında körpələrə vaxtı keçmiş məhsulların verilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
BAKU.WS ATV-yə istinadən xəbər verir ki, iddialara görə, uşaqlara təqdim olunan yumurtaların istifadə müddəti keçib, toyuq əti isə normadan qat-qat aşağı təqdim olunur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələni nəzarətə götürüb və qanunvericiliyə uyğun araşdırma aparılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir və 151 saylı bağçada da müvafiq araşdırmalar aparılıb, çatışmazlıqlar aşkarlanmayıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Kanalizasiya quyusuna düşərək ölən gəncin sevgilisindən MƏKTUB
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Binəqədi rayonu, Baksol yolu adlanan ərazində iyunun 26-da yol çökdüyü üçün Cümşüd Cümşüdlü kanalizasiya kollektoruna...
