Maliyyə naziri: ABŞ və Çin qarşılıqlı tariflərin yuxarı həddinin müzakirəsini davam etdirir

Maliyyə naziri: ABŞ və Çin qarşılıqlı tariflərin yuxarı həddinin müzakirəsini davam etdirir
Dünya 30

ABŞ-nin Çin mallarına tətbiq etdiyi tariflərin həcmi arta bilər, hazırda tətbiq olunan 10 % dərəcəsi minimum səviyyədir, maksimum səviyyə hələ müzakirə olunur.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Bloomberg TV"nin efirində 10-11 may tarixlərində Cenevrədə keçirilən ABŞ-Çin danışıqlarının nəticələrini şərh edərkən bildirib.

"Aprelin 2-də Çinə qarşı 34 % tarif tətbiq edilib. Fasilə zamanı azalma 10 % təşkil edəcək. Biz qarşılıqlı tariflərin yuxarı həddi ilə bağlı müzakirələri davam etdirəcəyik. Hazırda tətbiq olunan tariflər aşağı həddədir. İndi 90 günlük rüsumların həcmi fasilədəki səviyyəyə enib", - o qeyd edib.

Maliyyə naziri CNBC telekanalına müsahibəsində tərəflərin rüsumları 115 % azaltdığını söyləyib. Hər iki tərəf üçün onların səviyyəsi indi 10 % təşkil edir.

Eyni zamanda, onun sözlərinə görə, ABŞ-yə fentanil qaçaqmalçılığı ilə mübarizədə Çinin guya kifayət qədər səy göstərməməsinə görə ABŞ Prezidenti Donald Trampın fevralda tətbiq etdiyi 20 % səviyyəsində tarif qüvvədə qalır. Bununla əlaqədar bir sıra ABŞ KİV-ləri Çin mallarına qarşı rüsumların indi 10 % deyil, 30 % təşkil etdiyini iddia edib

Oxşar xəbərlər

Şirkətdən maraqlı addım - Kökələn işçilər cərimələnir, arıqlayanlara PUL VERİLİR

Şirkətdən maraqlı addım - Kökələn işçilər cərimələnir, arıqlayanlara PUL VERİLİR

Çində şirkətlərdən biri, arıqlamaq üçün pul mükafatları təqdim edən "Arıqla və Qazan" adlı korporativ təşəbbüsə başlayıb. BAKU.WS xəbər verir ki, bu barədə "Sh...

12 Dünya 11:27 15 avqust 2025

Son xəbərlər