13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

  
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan Moskva prospektinin yan yoluna ("Şamaxinka” deyilən ərazidə) Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsi sökülməsi və yolun genişləndirilməsi işləri yekunlaşıb.
 
Bu barədə BAKU.WS-ə "Azəravtoyol” ASC-dən məlumat verilib. Məlumata görə, sözügedən hissədə yol 1 hərəkət zolağı enində genişləndirilib. Artıq avtonəqliyyat vasitələri manevr etmədən "Şamaxinka” deyilən əraziyə biraşa daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının azalmasına müsbət təsir edib.
 
Kompleks tədbirlər çərçivəsində yolun "Xırdalan dairəsi” istiqamətinə doğru olan hissəsinin 9-cu kilometrliyində yerləşən yerüstü piyada keçidinin dayaqlarının sökülməsi işləri aparılır. Artıq dayaqların sökülməsi, yeni dayaqların tikintisi və mövcud keçidin yeni dayaqlara doğru tikilərək uzadılması işləri başa çatıb. Hazırda yeni giriş hissənin tikintisi aparılır. İşlər tam başa çatdıqdan sonra həmin hissədə yol 5-6 metr genişlənəcək, yolun hərəkət hissəsi isə əlavə 1 hərəkət zolağı enində genişləndirilərək 4 hərəkət zolağına çatdırılacaq.  
        
Yolun "Xırdalan dairəsi”nə doğru olan hissəsinin də 1 hərəkət zolağı enində genişləndirilməsi işləri aparılır. Sözügedən işlər 1200 metrlik ərazini əhatə edəcək. Aparılacaq təmir-tikinti işləri çərçivəsində yol kənarlarında səth sularının normal kənarlaşdırılması üçün suötürücü küvetlər də tikiləcək.
 
Yerüstü piyada keçidinə çatmamış yolun kənarında təqribən 150 metr uzunluğunda, 10-15 metrenində olan süni təpəciyin sökülməsi və yolun genişləndirilməsi işləri də tam olaraq yekunlaşdırılıb. Nəticədə bu hissədə yol daha 3 hərəkət zolağı enində genişləndirilib.
 
BAKU.WS