Azərbaycanda unikal körpü tikildi (FOTO)

Azərbaycanda unikal körpü tikildi (FOTO)
Sosial 2259

Salyan rayonu Kür çayı üzərində inşa edilən asma körpü ilə Qafqazda bir ilkə imza atıldı. Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində yolun Ələt-Masallı hissəsində Kür çayı üzərində yeni körpünün tikintisi işləri yekunlaşıb. Sürücülər yeni körpüdən sözügedən avtomobil yolu istismara verilərkən istifadə edə biləcəklər.

Nəqliyyat Nazirliyi Azəryolservis” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, layihə çərçivəsində tikinti işləri Ələt-Astara avtomobil yolunun 54.4-55.8 kilometrliyində 1400 metrlik ərazidə aparılıb. 5 aşırımdan ibarət yeni körpünün uzunluğu 362.9 metr, eni isə 29,8 metrdir. Körpüdə hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağı nəzərdə tutulub. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər də qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə  inşa edilib. Tikinti işləri nəticəsində 3 ədəd dairəvi borunun quraşdırılması aparılıb, 1 ədəd düzbucaqlı su keçidi, 1 heyvan keçidi, 1 alt keçid inşa edilib. Bundan başqa 8.0x5.0 metr ölçüdə əlavə yeraltı keçidin tikintisi və körpü üzərində işıqlandırma sisteminin quraşdırılması işləri də həyata keçirilib. Körpünün eninin böyüklüyünə görə, Azərbaycanda ilk dəfə olaraq eninə gərginləşdirmə aparılmaqla konsollardan istifadə edilib. Körpü  9 ballıq  seysimik təsir, A 15 və NK-100 müvəqqəti yuk təsirinə hesablanıb. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Nardaran yenidən belə qurulur (VİDEO)

Nardaran yenidən belə qurulur (VİDEO)

Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial – mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial pro...

2007 Sosial 10:56 15 dekabr 2015

Son xəbərlər