Azərbaycanda 9 ballıq zəlzələyə davamlı körpü tikilir

Azərbaycanda 9 ballıq zəlzələyə davamlı körpü tikilir
Sosial 1226

Azərbaycanda Kür çayı üzərindən daha bir avtomobil körpüsünün tikintisi başa çatmaq üzrədir.

"Azəryolservis" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, körpünün tikintisinə ötən il başlanılıb və Salyan rayonu ərazisində mərkəzlə 6 min nəfər əhalinin yaşadığı Babazanan yaşayış massivini birləşdirir. Artıq körpüdə son tamamlanma işləri aparılır. Körpü üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi işləri yekunlaşdırılıb.

Bununla paralel olaraq ərazidə gələcək daşqınların qarşısını almaq məqsədilə uzunluğu 280 metr olan istinad divarlarının tikintisi də aparılıb. Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir. Körpüyə Salyan şəhəri istiqamətdən yanaşma yolunun və daha 200 metr uzunluğunda istinad divarlarının tikintisi davam etdirilir.

Qeyd edək ki, 6 aşırımdan ibarət və uzunluğu 199,16 metr olan körpünün ümumi eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər bir tərəfdə 1,5 metrdir. Ən müasir tikinti materialları ilə inşa edilmiş körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir.

Çayda suyun səviyyəsinin tez-tez dəyişildiyi nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib. Ümumiyyətlə, körpü A-15, NK-100 hesabı yükünə və 9 bal zəlzələyə hesablanaraq inşa edilib. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda yeni yol salınır (VİDEO, FOTO)

Azərbaycanda yeni yol salınır (VİDEO, FOTO)

Şamaxı-Göylər-Padar Çöl avtomobil yolunun əsaslı şəkildə tikintisi işləri davam etdirilir. Nəqliyyat Naziri və "Azəryolservis” ASC-nin mətbuat xidmətindən BAKU...

1577 Sosial 18:00 02 sentyabr 2015

Son xəbərlər