9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb
Yasamal rayonunda MİDA yaşayış kompleksindən hərəkət edən 9 nömrəli avtobusla bağlı sərnişin şikayəti daxil olub.
BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sərnişinin sözlərinə görə, avtobus hərəkətdə olarkən kondisionerdən insanların üzərinə çirkli su axıb.
Nəticədə bir neçə sərnişinin üzü və üst-başı islanıb.
Şikayətçi bildirib ki, 9 nömrəli avtobuslarla bağlı narazılıqlar bununla məhdudlaşmır. Onun sözlərinə görə, marşrut üzrə avtobusların sayı az olduğundan nəqliyyat vasitələri xüsusilə sıx saatlarda həddindən artıq dolu olur.
"İnsanların avtobusda rahat getməsi mümkün deyil. Üstəlik, kondisionerlə bağlı da belə problemlər yaşanır. Kondisioneri güclə işə salırlar, nəticədə sərnişinlərin üzərinə çirkli su axır", – deyə sakin qeyd edib.
Sərnişinlər aidiyyəti qurumlardan 9 nömrəli avtobusların texniki vəziyyətinin yoxlanılmasını, kondisioner sistemlərindəki problemin aradan qaldırılmasını və marşrut üzrə avtobusların sayının artırılmasını xahiş edirlər.
Oxşar xəbərlər
Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
Avqustun 27-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzeni...