Azərbaycanda internetin kəsilmə və zəifləməsinin əsl səbəbi məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
“İnternet təchizatında yaranmış problemlə bağlı səslənən fikirlərlə əlaqədar bildiririk ki, rayonlarda və paytaxtda yerləşən hər hansı bir elektron ATS-in ərazisində xidmət və ya qazma işlərinə görə kabel zədələnməsi və bundan qaynaqlanan internet problemi qeydə alınmayıb”.
Bu barədə eksklüziv olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova BAKU.WS-ə açıqlamasında bildirib.
“Qeyd edim ki, araşdırmamızın nəticəsinə görə problemin səbəbi ölkəyə internet gətirən kommersiya provayderi ilə bağlıdır”, - deyə nazirlik rəsmisi bildirib.
“Məlum olduğu kimi COVİD-19 virusunun yayılması ilə mübarizə çərçivəsində ölkədə, xüsusilə paytaxtda bir çox şirkətlər online rejimdə fəaliyyət göstərir, dərslər online qaydada keçirilir. Bununla əlaqədar genişzolaqlı şəbəkədə əhəmiyyətli dərəcədə artım müşahidə edilir.
Bəzən seçdiyi xidmətlər və evində yerləşdirdiyi paylayıcı qurğular vətəndaşın bu müddət ərzində artan tələblərinə cavab vermir. Mütəxəssislərimiz istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində gündəlik profilaktik tədbirlər həyata keçirirlər. Bununla göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral xətlərə daim nəzarət edirik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkə ərazisində internetlə təminat keyfiyyətli və davamlı şəkildə həyata keçirilir”.
Qeyd edək ki, ötən gün səhər saatlarından başlayaraq Azərbaycanın bir sıra şəhər və rayonlarının internetlə təchizatında çətinliklər yaranıb. Bir çox internet provayderlərinin işi iflic olub. KTV internet provayderi isə ümumiyyətlə işləməyib.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...