Azərbaycanda iki nazir qan verdi - FOTO

Azərbaycanda iki nazir qan verdi - FOTO
Foto
Sosial 222

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, aksiya koronavirus pandemiyasının dünyada sürətlə yatıldığı vaxtda talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi, həmçinin cəmiyyətin diqqətinin onlara yönəldilməsi məqsədi ilə gerçəkləşib.

Gənclər və İdman naziri Azad Rəhimov və Mədəniyyət naziri Əbülfəs Qarayevin də iştirak etdikləri aksiyaya hər iki nazirliyin əməkdaşları ilə bərabər, KATV və İdman Jurnalistləri Federasiyasının (İJF) da nümayəndələri qatılıb.

Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda gerçəkləşən aksiyada ümumilikdə 150-dən çox insan iştirak edib.

Oxşar xəbərlər

İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR  - SİYAHI AÇIQLANDI

İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI

Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...

20516 Sosial 12:35 21 yanvar 2020

Son xəbərlər