İlon Maskın oxşarı peyda olub

Lüksemburqlu müğənni Hyoqo Van Tesla-nın rəhbəri İlon Maska olan inanılmaz bənzərliyi ilə sosial şəbəkələrin diqqətini cəlb edib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Indian Express" yazıb.
Hyoqo Van musiqisi ilə yox, görünüşü ilə məşhurlaşıb. Lakin sənətçi özü bu müqayisədən heç də məmnun deyil və bu bənzətməni tərif yox, əksinə, xoşagəlməz hal kimi qiymətləndirir.
Onun sözlərinə görə, bu bənzərlik ilk dəfə 2018-ci ildə qeyd olunub və o vaxtdan bəri belə hadisələr mütəmadi hal alıb. İstər marketdə, istər kafedə, istərsə də məclislərdə insanlar ona yaxınlaşıb, onu İlon Mask zənn edirlər.

"Sadəcə həyatımı yaşayıram, qəfildən biri qaçaraq yanıma gəlib qışqırır: "Ay İlon Mask, sən burdasan!" Ayda ən azı iki dəfə bu cür hadisə baş verir", – deyə Hyoqo bildirib.
Baxmayaraq ki, daim diqqət mərkəzində olmaq onu yorur, Hyoqo zahiri görünüşünü dəyişmək niyyətində deyil. O, eyni zamanda vurğulayıb ki, insanlar onun Maskın baxış və davranışlarını bölüşmədiyini bildikdə, diqqət mərkəzində olmaq ona mane olmur.
"Əgər insanlar başa düşürlərsə ki, mən onun fikirlərini paylaşmıram, bu diqqət mənə problem yaratmır", – deyə o əlavə edib.
Oxşar xəbərlər
ABŞ Aİ və Meksikadan gətirilən mallara 30 faizlik rüsum tətbiq edəcək
ABŞ avqustun 1-dən etibarən Avropa İttifaqı (Aİ) ölkələrindən və Meksikadan gələn mallara 30 faizlik idxal rüsumu tətbiq edəcək. BAKU.WS Oxu.Az-a istinadən xəbə...