Dəmrov xəstəliyinə qarşı "dua müalicəsi" – Azərbaycanda inanılmaz olay
Azərbaycanda tibbi yardım əvəzinə mollaya üz tutan valideynlər yeni bir biabırçılığa imza atıblar.
BAKU.WS xəbər verir ki, dəmrov xəstəliyindən əziyyət çəkən azyaşlının müalicəsi üçün molladan dua yazdırılıb.
Həkim-pediatr Afət İbrahimli bu görüntüləri sosial şəbəkədə paylaşaraq cəmiyyətə çağırış edib. O, valideynlərin uşaq sağlamlığını dini ayinlərə etibar etməsinin təhlükəli olduğunu vurğulayıb.
"İllərdir Azərbaycanda kütləvi cahillik xəstəliyinə yoluxdurulma prosessi gedir və biz bu gün bunun fəsadlarını öz üzərimizdə hiss edirik. İstər-istəməz bizdən sonra gələn yeni nəslə də bu virusu yoluxdururuq. Cəmiyyətimizdə hər birimiz daxilimizdəki cahillik xəstəliyi ilə mübarizə aparmalıyıq. Unutmayın, cahilliklə mübarizə etirafımızla başlayacaq" - həkim qeyd edib.
Oxşar xəbərlər
Azyaşlı qızının dəfni zamanı "TikTok"da canlı yayım edən ata: "Bir övladımı pay vermişəm"
Sosial şəbəkələrdə canlı yayım edərək övladının dəfn prosesini göstərən və səhifədə "kart var, tıklayın" sözləri ilə məşhurlaşan doqquz uşaq atası Kamil Cəbrayı...