Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
05
okt
2026
10:26
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür.
BAKU.WS xəbər verir ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb.
Nəticədə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində ümumilikdə 5 dəfə atəşə məruz qalıb. Nəticədə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.
Oxşar xəbərlər
Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜ
Paytaxtın Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İd...