AAYDA-da süni intellekt idarəetmə və iş proseslərinə tətbiq edilir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbər heyəti üçün süni intellekt alətlərinin idarəetmə və iş proseslərində effektiv tətbiqinə həsr olunmuş təlim keçirilib.
Nəzəri və praktiki hissələrdən ibarət təlim zamanı süni intellekt texnologiyalarının qərarvermə və gündəlik iş proseslərində yaratdığı imkanlar, müxtəlif alətlərdən məqsədyönlü və səmərəli istifadə üsulları barədə məlumat verilib, praktiki nümunələr təqdim olunub.
Təlimin keçirilməsində əsas məqsəd Agentlikdə rəqəmsal transformasiya proseslərinin təşviqi, müasir texnologiyaların iş proseslərinə inteqrasiyasının genişləndirilməsi, həmçinin süni intellekt alətlərindən effektiv və sistemli istifadə bacarıqlarının formalaşdırılmasıdır.
Oxşar xəbərlər
İMZA Sosial İnkişafa Dəstək İB-nin İdarə Heyətinin iclası keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. İclası İdarə Heyətinin sədri Xəyyam Əsgərov açaraq təşkilatın fəaliyyət...