İMZA Sosial İnkişafa Dəstək İB-nin İdarə Heyətinin iclası keçirilib

İMZA Sosial İnkişafa Dəstək İB-nin İdarə Heyətinin iclası keçirilib
Foto
Promo 47

İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.

İclası İdarə Heyətinin sədri Xəyyam Əsgərov açaraq təşkilatın fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və növbəti dövr üzrə prioritetlər barədə məlumat verib.

Xəyyam Əsgərov çıxışında ölkədə həyata keçirilən inkişaf siyasəti, sosial-iqtisadi inkişaf istiqamətləri, insan kapitalının inkişafı, innovasiyaların tətbiqi və müasir texnologiyalardan istifadənin genişləndirilməsi məsələlərinə toxunub. O, bu istiqamətlərin ictimai sektorun fəaliyyətində də nəzərə alınmasının və yeni yanaşmaların tətbiqinin əhəmiyyətini qeyd edib.

İMZA İctimai Birliyinin sosial şəbəkələrdəki fəaliyyətinə də toxunularaq, təşkilatın müxtəlif platformalardakı səhifə və qrupları üzrə ümumi statistikanın 15 milyondan çox göstəriciyə çatdığı bildirilib. Bu auditoriyanın ictimai layihələrin və sosial təşəbbüslərin daha geniş kütləyə çatdırılması baxımından yaratdığı imkanlar qeyd olunub.

Qarşıdakı fəaliyyətlə bağlı sosial layihələrin hazırlanması və həyata keçirilməsi, təhsil və insan kapitalının inkişafı, gənclərin ictimai fəallığının dəstəklənməsi, innovativ təşəbbüslərin təşviqi, eləcə də müxtəlif tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinin diqqətdə saxlanılacağı bildirilib.

Həmçinin rəqəmsal texnologiyaların və süni intellektin inkişafının yaratdığı imkanlara diqqət çəkilib. Bu texnologiyaların sosial layihələrin hazırlanması, informasiya və kommunikasiya proseslərinin təkmilləşdirilməsi və təşkilati fəaliyyətin səmərəliliyinin artırılması baxımından tətbiq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi qeyd olunub.

Beynəlxalq əməkdaşlıq istiqamətində fəaliyyətin genişləndirilməsi, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi, eləcə də Azərbaycanın sosial və ictimai inkişaf sahəsində əldə etdiyi təcrübənin beynəlxalq platformalarda təqdim olunması məsələlərinə də toxunulub.

Daha sonra təşkilati məsələlər üzrə sədr müavini Gülçin Zeynallı 2026-cı ilin avqust ayından etibarən görülmüş işlər, tərəfdaşlıq istiqamətində aparılan danışıqlar və yeni əməkdaşlıq perspektivləri barədə məlumat təqdim edib.

İMZA İctimai Birliyinin sədrinin müşaviri Elbəy Abbasov çıxışında süni intellekt və yeni texnologiyaların inkişafı, onların müxtəlif fəaliyyət sahələrində tətbiqi barədə fikirlərini bölüşüb.

İMZA İB-nin Türkiyə üzrə təmsilçisi, Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç təşkilatın fəaliyyəti və gələcək əməkdaşlıq imkanları ilə bağlı fikirlərini bölüşüb. O, təşkilatın həyata keçirdiyi fəaliyyətlə bağlı dəyərləndirmələrini və gələcək istiqamətlər üzrə təkliflərini təqdim edib.

Beynəlxalq məsələlər üzrə sədr müavini Elnar Məmmədli beynəlxalq əməkdaşlıq istiqamətləri və qarşıdakı fəaliyyətlə bağlı fikirlərini bölüşüb. İndiyə qədər İB-nin keçirdiyi beynəlxalq tədbirlərin əhəmiyyətini, Azərbaycan həqiqətlərinin və yaratdığımız yeni reallıqların dünyaya çatdırılması baxımından vacibliyini vurğulayıb. Yaxın perspektivdə də bu istiqamətdə görülə biləcək işlər haqqında təkliflər irəli sürüb.

İqtisadi məsələlər üzrə sədr müavini Emin Qəribli təşkilatın iqtisadi istiqamətdə fəaliyyətinin genişləndirilməsi, yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları, həmçinin qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin iqtisadi aspektləri barədə məlumat verib. O, mövcud imkanların qiymətləndirilməsi və yeni əməkdaşlıq formatlarının nəzərdən keçirilməsi ilə bağlı fikirlərini təqdim edib.

İclas çərçivəsində təşkilatın sosial, humanitar, səhiyyə, ekologiya, təhsil, iqtisadiyyat, beynəlxalq əməkdaşlıq və digər istiqamətlər üzrə fəaliyyətinin genişləndirilməsi imkanları müzakirə olunub.

Müzakirələrin yekununda bir sıra sosial layihələrin həyata keçirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və qarşıdakı dövrdə əməkdaşlıq istiqamətləri üzrə müvafiq addımların atılması ilə bağlı qərarlar qəbul olunub.

İclas İMZA İB-nin İdarə Heyətinin qəbul etdiyi qərarların icrası ilə bağlı qarşıda duran praktiki məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər