Anası 3 ay əvvəl doğuş edib, 14 yaşlı qızı da hamilə imiş...
Təkcə mart ayından bəri 25-ə yaxın yeniyetmə qız sığınacağa yerləşdirilib.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, onların arasında seksual hərəkətlərə təhrik olunanlar, cinsi zorakılığa məruz qalanlar da var:
"Çox təəssüf edirəm ki, sığınacaqda hamilə qızımız da var. 14 yaşlı yeniyetməni sığınacağa yerləşdirəndə anası həmin prosesdə iştirak edirdi. Qadının özünün qucağında 3 aylıq uşağı var idi. Hətta həmin körpəni də burada qoymaq istədi. Deməli, bu valideynin heç bir məsuliyyəti yoxdur. Elələrinin valideynlik hüquqları məhdudlaşdırılmalıdır".
Kəmalə Ağazadə qeyd edib ki, hazırda bu faktlar hüquq-mühafizə orqanları və icra hakimiyyətləri tərəfindən araşdırılır. Ümumiyyətlə, zorakılıq cinayətlərində qızlar üstünlük təşkil edir və belə hallarda onları normal həyata geri qaytarmaq çətin olur.
Oxşar xəbərlər
Bakıda iki əsrə yaxın yaşı olan bina qəzalı vəziyyətə düşüb
Bakıda iki əsrə yaxın yaşı olan yaşayış binası qəzalı vəziyyətə düşüb. Sözügedən binanın birinci mərtəbəsinin təməli 1858-ci ildə qoyulub, 1910-cu ildə isə növb...