Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi

Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi
Şou-biznes 115

Rusiyalı reper Ciqan malikanəsində öz personalını girov götürərək silahlı insident törədib.

BAKU.WS xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Sərxoş və ya qeyri-adekvat vəziyyətdə olduğu bildirilən sənətçi "Şato Soveren" elit qəsəbəsindəki evində çalışan mühafizəçilərdən birini pedofiliyada ittiham edib.

O, silahlanaraq evdəki işçilərinə soruşdurma təşkil edib.

Reper hədə-qorxu yolu ilə mühafizəçidən uşaqlara qarşı cinsi cinayət törətdiyinə dair etiraf aldıqdan sonra ona qaçmaq üçün beş saniyə vaxt verib və arxasınca atəş açıb.

Nəticədə xəsarət alan kişi qolundan və ayağından yaralanıb.

Dəhşətli hadisə zamanı sənətçinin azyaşlı uşaqları da təxminən 10 saat boyunca evdə olub. Onlar qorxudan şkaflarda gizləniblər.

Hadisə yerinə qəsəbənin əlavə mühafizə xidməti və polis əməkdaşları cəlb olunub, nəticədə Ciqanı zərərsizləşdirmək mümkün olub.

Qeyd edək ki, Denis bu ilin aprelində dörd uşağının anası, bloqer Oksana Samoylovadan boşanıb.

Sənətçi avqustda uşaqları ilə video paylaşıb ailəsinin geri qayıtması üçün yəhudi dilində dua etmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər