Azərbaycan və İtaliya ticarət və sənaye sahələrində əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya arasında ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
BAKU.WS İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyanın şirkətlər və "Made in İtaly" naziri Adolfo Urso ilə videkonfrans formatında keçirilən görüşündə baş tutub.
Görüşdə İtaliya ilə dostluğa və strateji tərəfdaşlığa əsaslanan iqtisadi əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib. Bir çox İtaliya şirkətlərinin ölkəmizdə sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. İqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.
Tərəflər ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın artırılması, biznes subyektlərinin işbirliyi və qarşılıqlı investisiya layihələri barədə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Səkkiz ayda əsas kapitala yatırılan investisiyanın həcmi açıqlandı - Ciddi artım
2026-cı ilin yanvar-avqust aylarında əsas kapitala 12 milyard 677.8 milyon manat məbləğində investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real...