"Eşref Rüya" serialı ilə bağlı YENİ QƏRAR
"Eşref Rüya" serialının 5-ci seriyadan sonra "YouTube" platformasında yayımlanmayacağı bildirilmişdi. Lakin indi dəqiqləşib ki, bu məhdudiyyət yalnız Türkiyə üçün keçərlidir.
BAKU.WS xəbər verir ki, Serialın "Kanal D" telekanalından izlənilə bilməməsi səbəbindən Türkiyədəki tamaşaçılar "Eşref Rüya"nı izləmək üçün "Prime Video" platformasına üz tutmalı olacaqlar.
Orada seriala yalnız ödəniş etməklə baxmaq mümkün olacaq.
Qeyd edək ki, Demet Özdemir və Çağatay Ulusoyun baş rollarda yer aldığı bu layihənin "YouTube" üzərindən Türkiyədə yayımlanmasının dayandırılması qərarı serialın "Kanal D"də əldə etdiyi zəif reytinqlərlə əlaqələndirilir. Digər ölkələrdə isə yayım davam edir.
Oxşar xəbərlər
ABŞ İranla əlaqəli 60-dan çox təşkilata və gəmiyə sanksiyalar tətbiq edir
Vaşinqton administrasiyası İranla əlaqələrə görə 60-dan çox təşkilata, fiziki şəxsə və gəmiyə sanksiyalar tətbiq edir. BAKU.WS "Report"a istinadən xəbər verir k...