Türkiyə Pakistana silah göndərib? - Ankaradan cavab gəldi
Türkiyə Milli Müdafiə Nazirliyi Pakistana silah göndərilməsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinq zamanı bu məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, Türkiyədən yola düşən bir nəqliyyat təyyarəsi sadəcə yanacaq doldurmaq məqsədilə Pakistana eniş edib və daha sonra əvvəlcədən planlaşdırılmış marşrut üzrə uçuşunu davam etdirib.
Aktürk vurğulayıb ki, altı təyyarə ilə silah daşınması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır.
Zeki Aktürk əlavə edib ki, Türkiyə rəsmi dairələri Cənubi Asiyada, xüsusən də Pakistan və Hindistan arasında artan gərginliyi narahatlıqla izləyir:
"İki nüvə dövləti arasında gərginliyin artması yalnız region üçün deyil, qlobal miqyasda da ciddi nəticələr doğura bilər. Türkiyə bu səbəbdən Hindistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, məsuliyyətli davranmağa və gərginliyi artıracaq addımlardan çəkinməyə çağırır".
Oxşar xəbərlər
Estoniya Moldovada səfirlik açır
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Kişineua səfəri çərçivəsində moldovalı həmkarı, baş nazirinin müavini Mihai Popşoyla görüşüb. BAKU.WS "Report"a i...