Bakıda yolu zəbt edərək sürücülərdən pul alan şəxslə bağlı tədbir görüldü

Yolun hərəkət hissəsinin müxətlif vasitələrdən istifadə etməklə kustar üsullarla məhdudlaşdırılması qadağandır.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq AYNA-nın mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, bu cür hərəkətlər inzibati məsuliyyət yaradan haldır.
"Qeyd olunan ünvanda yolun hərəkət hissəsinin parkinq yeri kimi zəbt olunması qanunsuzdur. Mütəmadi olaraq tərəfimizdən bu cür qanunazidd əməllərin qarşısının alınması məqsədilə nəzarət tədbirləri görülür. Əraziyə baxış keçirilib və qanunsuzluq aradan qaldırlıb", - deyə AYNA-nın açıqlamasında vurğulanıb.
***2025-04-29 saat - 19:18
"Dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi, eləcə də neqativ halların aradan qaldırılması məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir".
Bunu BAKU.WS-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
"Həmin ünvan ərazi polis orqanının əməkdaşları tərəfindən nəzarətə götürülüb. Qanunsuz parklanma yeri təşkil edən şəxslə profilaktik söhbət aparılmaqla barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb",-deyə DİN rəsmisi əlavə edib.
***12:37
Bakının Nizami rayonu, Mahsəti Gəncəvi küçəsi 41 ünvanında küçədə qanunsuz parklanma təşkil edilib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayətçi Nicat Abdullayev məlumat verib.
Onun sözlərinə görə, birzolaqlı, bir istiqamətli yolda naməlum nəfər şəxs qanunsuz şəkildə yolun həm sağ, həm də sol tərəflərini zəbt edib.
"Həmin şəxs ərazidə avtomobil saxlamaq istəyən sürücülərdən qeyri-qanuni şəkildə pul yığır. O, sürücülərə kobud və təhqiramiz davranır, əgər ona pul verilməzsə, "bura mənim ərazimdir", "mən buranı həll etmişəm", "istədiyim yerdə dəmir və beton maneələr qoya bilərəm" kimi ifadələr işlədir. Yolun hər iki tərəfi qeyri-qanuni şəkildə beton bloklar və metal maneələrlə tamamilə bağlayıb".
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Xaçmazda avtomobillə yeniyetməni vurub öldürən sürücünün kimliyi məlum olub
Xaçmazda ölümlə nəticələnən avtoqəzanı törədən sürücünün kimliyi məlum olub. BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Nərəcan kəndin ərazisində piyada...
