İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində uçuş aparatı vasitəsilə sentyabr ayının 22-də dövlət sərhədindən ölkə ərazisinə keçirilməsinə cəhd edilən 57 kiloqram 500 qram, sentyabrın 24-də isə 53 kiloqram 700 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Rəşad Məcidə ağır itki üz verdi
"525-ci qəzet"in baş redaktoru, tanınmış jurnalist Rəşad Məcidin anası Yavər xanım 86 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, mərhum bu gün Ağcabədi...