DİN-dən "20 Yanvar"da özünü qəsdən maşınların altına atan şəxslə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) "20 Yanvar" dairəsində gənc oğlan özünü nəqliyyat vastələrinin altına atmasına reaksiya verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, həmin şəxsin hərəkətləri ilə bağlı tədbirlər görülür.
"Avtomobil yoluna çıxaraq sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən şəxslərin hərəkətləri ilə bağlı tədbirlər görülür".
Qurum rəsmisi yol hərəkəti işçilərinə bununla bağlı tövsiyyə də verib:
"Sürücülərə tövsiyə edirik ki, belə halla rastlaşdıqda dərhal polisə məlumat verillməlidir, əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşılmamalıdır. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi başqalarını da eyni hədəyə məruz qoya bilər.
İctimai təhlükəsizliyin təminatı hər bir vətəndaşdan asılıdır".
*** 10:50
Bakının Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır.
BAKU.WS xəbər verir ki, bu barədə qafqazinfo-ya görüntüləri həmin hadisə haqda məlumat verən vətəndaş təqdim edib.
Bildirilib ki, 30-35 yaşlı şəxs əsasən səhər saatlarında yolun hərəkət hissəsində təhlükəli vəziyyət yaradır və maşınların qarşısına çıxaraq xəsarət almış kimi görüntü yaradır. Onun avtomobil sahiblərindən müəyyən qədər pul alaraq məsələni "həll etdiyi" qeyd edilir.
Aprelin 27-də qeydə alınmış görüntülərdən də məlum olur ki, şəxsiyyəti məlum olmayan piyada hərəkətlərinə israrla davam edir və yaxınlıqda olan vətəndaşlar onu dartaraq yolun hərəkət hissəsindən kənarlaşdırırlar.
Sözügedən görüntüləri təqdim edirik:

Oxşar xəbərlər
Lənkəranda 36 yaşlı qadının meyiti tapılıb
Lənkəranda evdən qadın meyiti tapılıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləj kəndində baş verib. Kənd sakini 1989-cu il təvəllüdlü Nigar H...