Lökbatanda qeyri-qanuni dini tədris kursu aşkarlanıb - FOTO

Lökbatanda qeyri-qanuni dini tədris kursu aşkarlanıb - FOTO
Foto
Sosial 1454
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid, ev 17 ünvanında qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb.Komitədən BAKU.WS-ə verilən məlumata görə, müəyyən edilib ki, həmin kursun 26 üzvünə, o cümlədən bu təlimlərə cəlb olunmuş azyaşlılara qadağan edilmiş dini ədəbiyyatların tədrisi həyata keçirilir.Qanunsuz dini kursların təsisçiləri Abdullayev Elton Kərəm oğlu və Qurbanov Elsevər Bəxtiyar oğlu barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilmişdir.Qeydə alınmış fakt üzrə müvafiq araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycanda qanunsuz dini yığıncaq keçirən Rusiya vətəndaşları həbs olundu

Azərbaycanda qanunsuz dini yığıncaq keçirən Rusiya vətəndaşları həbs olundu

Qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Daxil olmuş məlum...

1276 Hadisə 12:55 12 yanvar 2019

Son xəbərlər