Azərbaycanda qanunsuz dini yığıncaq keçirən Rusiya vətəndaşları həbs olundu

Azərbaycanda qanunsuz dini yığıncaq keçirən Rusiya vətəndaşları həbs olundu
Hadisə 1276

Qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Binəqədi rayon Polis idarəsinin 4-cü polis şöbəsi, Dövlət Təhlükəsizlik Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları yanvarın 10-da Binəqədi rayonu ərazisindəki evlərin birində əməliyyat tədbiri keçiriblər.Nəticədə Rusiya vətəndaşları olan 9 nəfərin həmin ünvanda qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib.Evə baxış zamanı 5 ədəd dini təyinatlı ədəbiyyat (xristianlığı təbliğ edən kitab), 113 ədəd CD disk və 28000 ədəd vizit kart aşkar edilərək götürülüb.Onlar barəsində Azərbaycan Respubublikası İnzibati Xətalar Məcəlləsinin 515-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə protokol tərtib edilib və həmin şəxslər ölkə hüdudlarından kənara çıxarılıblar.Faktla bağlı araşdırmalar aparılır.BAKU.WS

Oxşar xəbərlər

DTX Ağsuda əməliyyat keçirdi

DTX Ağsuda əməliyyat keçirdi

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumların əməkdaşları dini yığıncaqların qanunla müəyyən edilm...

2214 Hadisə 19:56 18 sentyabr 2018

Son xəbərlər