Fransada polis təqibində motosikletli gənc ağır yaralandı: 14 avtomobil yandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın Centre-Val de Loire bölgəsində polis əməkdaşları ilə motosikletli gənc arasında baş verən təqib ağır qəza və ardınca kütləvi iğtişaşlarla nəticələnib.
BAKU.WS xəbər verir ki, hadisə Indre-et-Loire departamentinin Saint-Pierre-des-Corps qəsəbəsində baş verib.
Məlumata görə, motosiklet idarə edən gənc polis əməkdaşlarının "dur" tələbinə tabe olmayaraq hərəkətini davam etdirib. Polis avtomobili təqib zamanı motosikletə çırpılıb.
Toqquşma nəticəsində motosikletli gənc ağır xəsarət alıb. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım əməkdaşları yaralını xəstəxanaya çatdırıblar.
Qəzadan sonra bir qrup şəxs polisə etiraz olaraq qəsəbədə 14 avtomobili yandırıb. Bundan başqa, zibil konteynerləri və avtobus dayanacaqları da yandırılıb.
Asayişi bərpa etmək üçün əraziyə əlavə təhlükəsizlik qüvvələri göndərilib.
İğtişaşlar zamanı 8 polis əməkdaşı yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı 5 nəfər saxlanılıb.
Hadisənin səbəbləri və polis əməkdaşlarının təqib zamanı hərəkətləri ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır
ABŞ və İran münaqişənin tam dayandırılması ilə bağlı danışıqlarda mümkün irəliləyişə yaxınlaşır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomber...