Hava ilə bağlı vacib məlumat: Leysan, dolu ...
Sentyabrın 18-20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxt və Abşeron yarımadasında havanın temperaturu 28-30 dərəcə isti olacaq.
Bölgələrdə isə bu gün və sabah bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal edilir.
Əksər rayonlarda sentyabrın 19-u və 20-si yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda, xüsusilə Balakən, Şəki, Qazax, Gəncə, Qarabağ və Şərqi Zəngəzurda arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu Aran rayonlarında 30-35, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq.
Yağıntılı hava ilə əlaqədar bəzi çaylarda suyun səviyyəsinin artacağı da istisna edilmir.
Oxşar xəbərlər
ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyy...