Bəzi rayonlarda duman müşahidə olunur - FAKTİKİ HAVA
17
sen
2026
09:55
Şəmkir, Xızı, Şahdağ, Sabirabad, Lerikdə duman müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 9:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Əksər rayonlarda isə hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Balakəndə 15, Sarıbaşda (Qax) 12, Zaqatalada 8, Quba, Qusarda 3, Naftalan, İsmayıllıda 1 mm-dək qeydə alınıb.
Oxşar xəbərlər
"TikTok"dakı hədə-qorxu videosuna tələbələrdən REAKSİYA
Ötən gün "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olduqlarını iddia edən şəxslərin aş...