SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən axşam saatlarından etibarən Bakının müəyyən küçələrində avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-ı səhər saatlarınadək davam edəcək.

"BakuBus"un mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu səbəblə 5 saylı marşrut xəttimizin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub: 5 saylı marşrut avtobuslarımız 20-ci sahədən Azneft meydanına qədər, əks istiqamətdə isə Nərimanov metro stansiyasının önündən Sahil metro stansiyasının önünə qədər hərəkət edəcəklər.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Ziya Babayev

BAKU.WS