Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq
19
sen
2019
16:27
2019-cu ilin sonuna qədər Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq, 2020-ci ildə isə Bakıda daha iki, regionlarda isə əlavə beş yeni analoji mərkəz açılacaq.BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov "9-cu Beynəlxalq Xəzər Enerji Forumu - 2019" tədbirində deyib.O bildirib ki, ümumilikdə respublika üzrə “ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq:“Hazırda respunlika üzrə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan beşi Bakıda, digərləri isə regionlarda əhaliyə xidmət göstərir. Bundan başqa, iki “ASAN kommunal xidmət” mərkəzi, bir “ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzləri ölkənin 75,5 faizini əhatə edir”.
Oxşar xəbərlər
“ASAN xidmət” və “ASAN Kommunal” iki gün işləməyəcək
Avqustun 12-si və 13-də Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür. Bu barədə BAKU.WS-ə Azərbaycan Prezidenti y...