“ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq
10
yan
2018
23:31
“ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq.Bunu yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.Azərbaycan Prezidenti bildirib ki, bu il üç “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq - Mingəçevir, İmişli və Şəki şəhərində: “Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq. Eyni zamanda, mən göstəriş vermişəm ki, bu il beş şəhərdə “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılsın. Onlar yəqin ki, 2019-cu ildə istifadəyə veriləcək. Beləliklə, bir ildən sonra bizim 20 “ASAN xidmət” mərkəzimiz olacaq".İlham Əliyev əlacə edib ki, bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olub: “ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaratmışdır”.BAKU.WS
Oxşar xəbərlər
"ASAN xidmət" işçilərinin peşə bayramı günü təsis edildi
Prezident İlham Əliyev "ASAN xidmət" işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir...