Gələn il bu rayonlarda “ASAN xidmət” mərkəzləri açılacaq

Gələn il bu rayonlarda “ASAN xidmət” mərkəzləri açılacaq
Sosial 1545
“2019-cu ildə Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq”.Bunu "Report"a açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.O bildirib ki, hazırda ölkədə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: “Gələn il isə Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan 5 yeni mərkəz Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı, Balakən rayonlarında olacaq. Bu 5 mərkəzin hər birinin tikintisi artıq başlayıb”.Ü.Mehdiyev qeyd edib ki, mərkəzlərdə 11 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmətlər göstərilir.BAKU.WS

Son xəbərlər