SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyev "Üzümçülük və şərabçılıq haqqında” qanununda dəyişikliklər edilməsi barədə sərəncam verib. 
 
BAKU.WS-in məlumatına görə, qanunda edilən dəyişikliyə əsasən, şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının satılması, istifadəsi və idxalı qadağan edilir. 
 
"Pambıqçılıq haqqında” qanunda da dəyişikliklər edilib. Prezident sərəncamına əsasən, genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycan Respublikasında satılması, istifadəsi və idxalı qadağan edilir. 
 
Digər bir sərəncama əsasən, "Tütün və tütün məmulatı haqqında” qanuna da dəyişikliklər edilib. Dəyişikliyə əsasən, tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda onun idxalı qadağan edilir.

Həmçinin dəyişikliklərə əsasən, tütün və tütün məmulatları həm də genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunduqda onlar dövriyyədən götürülür.

BAKU.WS