Koxalski "Qarabağ"dan getdi - RƏSMİ
08
sen
2026
14:23
"Qarabağ" polşalı qapıçısı Mateuş Koxalski ilə yollarını ayırıb.
BAKU.WS kluba istinadən xəbər verir ki, Polşanın "Vyeçista" klubunun futbolçu ilə bağlı təklifi və Koxalskinin şəxsi istəyi müsbət qarşılanıb. Tərəflər arasında aparılan danışıqların ardından transferlə bağlı razılıq əldə olunub.
2024-cü ilin yayından "Qarabağ"da çıxış edən 25 yaşlı qapıçı bu müddətdə 76 oyunda meydana çıxıb. O, komanda ilə Azərbaycan çempionu olub və UEFA Çempionlar Liqasında 40 seyvlə turnirin ən yaxşı göstəricilərinə malik qapıçılar sırasında yer alıb.
Oxşar xəbərlər
Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır
Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatı və festivalına tam hazırdır. Bu barədə BAKU.WS-ə AFFA-dan məlumat verilib. Bakı bu günlərdə növbəti beynəlxalq...