Qaydalar dəyişdi: Kimlər daha çox pul ala biləcək?

Qaydalar dəyişdi: Kimlər daha çox pul ala biləcək?
Açıqlama
Sosial 77

Aqrar Subsidiya Şurasının son qərarları fermerlərin dövlət dəstəyi imkanlarına çıxışını genişləndirə bilər.

AQC İdarə Heyətinin sədri Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib ki, intensiv zeytun bağları üzrə minimum sahə tələbinin 50 hektardan 5 hektara endirilməsi xüsusilə orta fermerlər üçün mühüm dəyişiklikdir.

Onun sözlərinə görə, əvvəlki tələb bir çox təsərrüfatın subsidiya imkanından yararlanmasını məhdudlaşdırırdı.

Vüqar Oruc pambıq üzrə subsidiyanın suvarma texnologiyasına görə fərqləndirilməsini də müsbət qiymətləndirib. O hesab edir ki, damcı suvarmaya daha yüksək subsidiya verilməsi suya qənaət edən texnologiyaların tətbiqini sürətləndirə bilər.

AQC sədri bağçılıqda bəzi analiz tələblərinin ləğv edilməsinin fermerlərin maliyyə və bürokratik yükünü azaldacağını, sertifikatlı ting tələbinin saxlanılmasının isə keyfiyyətə nəzarət baxımından vacib olduğunu qeyd edib.

Onun fikrincə, subsidiya mexanizminin genişləndirilməsi kənd təsərrüfatı torpaqlarına marağı da artıra bilər. Xüsusilə su təminatı və əlverişli iqlim şəraiti olan ərazilərdə torpaq tələbinin yüksəlməsi mümkündür. Bununla belə, torpağın qiymətini yalnız subsidiya müəyyən etmir; məhsuldarlıq, su, logistika və satış imkanları da əsas amillərdəndir.

"Subsidiya siyasətinin məqsədi sadəcə fermerə vəsait vermək yox, onu daha məhsuldar və səmərəli istehsala yönəltmək olmalıdır. Son qərarlarda bu istiqamətdə müsbət yanaşma var", - deyə Vüqar Oruc bildirib.

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər