İlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır.
"Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və stent implantasiya edilib. Hazirda xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir", - açıqlamada qeyd olunub.
Xatırladaq ki, İ.Mirzəyev daha əvvəl sosial şəbəkə hesabında paylaşım edərək hallalaşmış və hər kəsdən onun üçün dua etmələrini xahiş etmişdi.
Oxşar xəbərlər
Xırdalanda şüşə balkon qırıldı, qadının başına düşdü
Xırdalanda təhlükəli hadisə baş verib. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, binanın şüşə balkonunun bir hissəsi qırılaraq a...