Şəhid anası vəfat etdi
07
sen
2026
23:48
Vətən müharibəsi şəhidi Qəşəm Süleyman oğlu İbrahimlinin anası Gülçöhrə Miriş qızı İsayeva vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Qarabağ qaziləri" Birliyi məlumat yayıb.
Bildirilib ki, Qəşəm İbrahimli 20 dekabr 1995-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olub.
O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və 9 oktyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Oxşar xəbərlər
Ələt-Astara magistral yolunda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb
Cəlilabad rayonunda irigövdəli ağac avtomobilin üzərinə aşıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun rayon ərazi...